Iki rayon komandası problem yaşadı, meydana çıxmadılar

6 Dekabr 2024 03:00 Hadisə 622
Iki rayon komandası problem yaşadı, meydana çıxmadılar

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!