Avropa klublarının skautları Azərbaycana gəldi – Bu qapıçıya görə

6 Dekabr 2024 01:00 Hadisə 4 200
Avropa klublarının skautları Azərbaycana gəldi – Bu qapıçıya görə

Ötən həftə Danimarkanın "Kopenhagen" və Belçikanın "Gent" klubunun skautları Azərbaycanda səfərdə olublar.

Sportinfo.az Rusiyanın legalbet saytına istinadən xəbər ki, səfər zamanı onlar Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda noyabrın 28-də keçirilmiş Konfrans Liqasının "Dinamo" (Minsk, Belarus) - "Kopenhagen" matçını canlı izləyiblər.

Bunda məqsəd "Dinamo"nun qapıçısı Fyodor Lapouxovun oyunu ilə yaxından tanışlıq olub. Adları çəkilən klublar 21 yaşlı qapıçıya maraq göstərir və onu heyətinə cəlb etmək istəyirlər.

Onun "Dinamo" ilə müqaviləsi bu ayın sonu başa çatır. Lapuxov 2024 mövsümündə 27 oyunda meydana çıxıb, 10 qol buraxıb, 19 matçda isə qapısını toxunulmaz saxlayıb.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Belarus klubları avrokuboklarda ev oyunları neytral meydanlarda keçirir.

"Dinamo" Minsk bu mövsüm rəqiblərini Sumqayıtda qəbul edir. "Kopengahen"ə qarşı matçda belaruslular 1:2 hesabı ilə uduzublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!