“Ronaldo inanılmaz dərəcədə eqoistdir” - Onu tanıyan komanda yoldaşı

5 Dekabr 2024 15:40 Hadisə 949
“Ronaldo inanılmaz dərəcədə eqoistdir” - Onu tanıyan komanda yoldaşı

Sabiq yarımmüdafiəçi Rafael van der Vart bir vaxtlar “Real”da birgə çıxış etdiyi Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az “The LineUp”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu, Ronaldonun inanılmaz dərəcədə eqoist olduğunu bildirib:

“Ronaldo inanılmaz dərəcədə eqoist idi. 6:0 hesabı ilə qalib gələrdiksə və o, qol vurmasaydı, sevinməzdi.

Amma uduzsaydıq və o, iki dəfə qol vursaydı, bu, normal olardı.

Ronaldonun davranışı problem idi? Yox. Ona sadəcə qol vurmaq lazımdır”.

Van der Vart 2018-ci ildə futbolçu karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı