COP29

Mahir Emreli “Rembo”luq elədi, AFFA əl-ayağa düşdü

4 Dekabr 2024 14:20 Hadisə 10 658
Mahir Emreli “Rembo”luq elədi, AFFA əl-ayağa düşdü

AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

Sportinfo.az xəbər verir ki, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.

Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib və ora ziyan vurub.

Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı - 1:3.

Digər Xəbərlər
Xəbər Lenti