Azərbaycanda keçirilən matçda bədbəxt hadisə: Ayağını sındırdılar - FOTOLAR

3 Dekabr 2024 19:00 Hadisə 803
Azərbaycanda keçirilən matçda bədbəxt hadisə: Ayağını sındırdılar - FOTOLAR

Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı üzücü hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydan sahibi komandasının müdafiəçisi Denis Marandiçi ağır zədə alıb.

Hadisə “Sabah”ın hücumu zamanı baş verib.

Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı

Bakı təmsilçisinin kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, t

əhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Bu zaman moldovalı futbolçu yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib.

Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Marandiçi xəstəxanaya aparılıb.

İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib. Bu zaman ona komanda yoldaşları dəstək veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”