Azərbaycan klubu rəsmi oyuna həkimsiz gəldi - FOTO

31 Oktyabr 2024 23:40 Hadisə 975
Azərbaycan klubu rəsmi oyuna həkimsiz gəldi - FOTO

Azərbaycan kubokunun II təsnifat mərhələsi çərçivəsində baş tutan “Dinamo” - “Səbail” qarşılaşması Premyer Liqa təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatdı.

İkinci hissənin gedişində yaşanan epizod həm ağlamalı, həm də gülməliydi.

“Dinamo”nun üzvü Nicat Əsgərov zədələnib yerdə qalanda həkim köməyinə ehtiyac duydu. Yerdə bir qədər qıvrıldıqdan sonra meydana nominal meydan sahiblərinin yox, “Səbail”in həkimi tələsdi.

Məlum oldu ki, “Dinamo” oyuna həkimsiz gəlib. Klubda oyunçuların sağlamlığının qayğısına baxan adamın olub-olmadığını demək çətindir.

Ancaq söhbət həvəskar səviyyəli II Liqa yox, Azərbaycan kubokunun matçından gedirsə, stadiona həkimsiz təşrif buyurmaq yolverilməzdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!