AFFA aşağı yaş liqalarında iştirak edən dörd komandaya - "Sabirabad", "Şirvan", "Lokomotiv" və "Laçın"a texniki məğlubiyyət verib.
Sportinfo.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.
U-14 Liqasında çıxış edən "Sabirabad", "Araz-Saatlı" ilə matça gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Həmçinin U-11 Liqasında "Lokomotiv" komandası "Şamaxı" ilə matçda, U-10 Liqasında isə "Laçın" kollektivi "Baku Sporting"lə görüşdə təyin edilən vaxtda meydanda olmadığı üçün cəzaya məruz qalıb.
U-12 Liqasının iştirakçısı "Şirvan" isə "Aran"la görüş üçün heyətində yetərsay olmadığına görə texniki məğlubiyyət alıb.