Zaratda meyiti aşkarlanan 21 yaşlı İdman Akademiyasının tələbəsi imiş - FOTO

29 Oktyabr 2024 04:00 Hadisə 632
Zaratda meyiti aşkarlanan 21 yaşlı  İdman Akademiyasının tələbəsi imiş - FOTO

Oktyabrın 26-da Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində meyit tapılıb.

Sportinfo.az xəbər verir ki, meyiti tapılan şəxsin 2003-cü il təvəllüdlü Şaiq Elçin oğlu Məmmədov olması müəyyən edilib.

Siyəzən şəhər sakini olan gəncin Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olması məlum olub.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!