Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Elfsborq” İsveç çempionatında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, bu komanda 28-ci turda AİK-in (Stokholm) qonağı olub.
“Qarabağ”ın rəqibi bu görüşdə rəqibinə 1:2 hesabıyla uduzub. Hazırda 41 xala malik “Elfsborq” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
“Elfsborq” – “Qarabağ” görüşü dekabrın 13-də İsveçdə keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

