Direktor vəzifəsindən ayrıldı: “Başqa işə keçdim, öz istəyimlə istefa verdim”

29 Oktyabr 2024 08:40 Hadisə 806
Direktor vəzifəsindən ayrıldı: “Başqa işə keçdim, öz istəyimlə istefa verdim”

Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında sabiq hakim özü bildirib.

O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib:

"Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm.

Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacam.

Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm”.

Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!