Hikmət Hacıyev Bərdə terroru ilə bağlı paylaşım etdi - VİDEO

28 Oktyabr 2024 08:00 Hadisə 449
Hikmət Hacıyev Bərdə terroru ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin “Smerç” raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Dövlət rəsmisinin “X” hesabında yazıb:

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu “

Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100-ü daha ağır yaralanıb.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikası Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!