“Qarabağ”ın matçlarını idarə etdi, içki içdi, 1 illik cəzalandı

27 Oktyabr 2024 02:00 Hadisə 670
“Qarabağ”ın matçlarını idarə etdi, içki içdi, 1 illik cəzalandı

UEFA “Qarabağ”ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.

Sportinfo.az xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musialla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin “Reyncers” (Şotlandiya) – “Dinamo Kiyev ” (Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Bartoş Frankovski 2019-cu ildə “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə “Marsel”ə (Fransa) qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!