Britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, o, Formula 1 Azərbaycan Qran-Prisini izləmək Bakıya səfər edib.
Bu gün Kempbell Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali və Formula 1-in məsləhətçisi Flavio Briatorenlə birgə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda da olub.
Görüş zamanı Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd edib.
Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.