COP29

Xanımı göz yaşları içində Elnur Əşrəfoğludan danışdı: "O mesajdan sonra çökdü" - VİDEO

21 İyun 08:30 Hadisə 502
Xanımı göz yaşları içində Elnur Əşrəfoğludan danışdı: "O mesajdan sonra çökdü" - VİDEO

Baku TV-də "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Sportinfo.az xəbər verir ki, verilişin budəfəki sayı tanınmış idman telejurnalisti Elnur Əşrəfoğluna həsr olunub.

Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub.

2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Mərhum jurnalist barədə xatirələrini bölüşən həyat yoldaşı İlahə Şükürova Elnur Əşrəfoğlu ilə ailə həyatı qurduğuna görə heç vaxt peşman olmadığını deyib.

O, həyat yoldaşının futbol sevgisini oğluna necə aşılamasından danışıb:

"Oğlumuz Mətinə körpə vaxtlarından futbol izlədirdi. Deyirdim, ay Elnur, o nə başa düşür, futbol nədir. Üç yaşından sonra Mətini özü ilə stadionlara aparırdı. Necə o marağı Mətində yaradıbsa, indi oğlum Elnurun davamçısıdır".

İ.Şükürova E.Əşrəfoğlunun koronavirusa yoluxma dövründən bəhs edib:

"Sentyabrın 1-i idi. Elnur mənə zəng vurub özünü çox pis hiss etdiyini dedi. Evə gəldi. İlk dəfə idi ki, onun hərarətinin qalxdığını gördüm. Bu xəstəliyin adı ona dəhşətli gəlirdi. Virus yayılandan Elnura görə çox qorxurduq. Düzdür, Elnur sağlam idi, heç bir problemi yox idi. Amma bir böyrəyi var idi. Buna görə çox narahat idik. Səhər getdik, test verdik. Telefona pozitiv olması barədə cavab gəldi. Elnur kimi həyatsevər, hər şeyə normal baxan insan o mesajdan sonra çökdü. Telefonu söndürdü, heç kimin zənginə cavab vermədi".

Qızı Zöhrə Şükürova ölüm ayağında olan atasını xəstəxanada ziyarət etmədiyinə görə peşman olduğunu söyləyib:

"Sonuncu dəfə atamı xəstəxanaya yola salarkən gördüm. Gedəndə mənə dedi ki, ağlama, pis olma, bir həftəyə qayıdacağam. Özü də vəziyyətinin ağır olduğunu hiss edirdi, amma yenə də təsəlli verməyə çalışırdı. Yanına getmək istəyirdim, amma yaxınlarım dedilər ki, atanı o vəziyyətdə görməsən, daha yaxşı olar. İndi çox peşmanam, kaş yanına gedərdim".

Ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi