Xanım müğənni stadionda təsirli şərqi oxudu, Azərbaycan çağırışı etdi - VİDEO

22 Aprel 20:00 Hadisə 364
Xanım müğənni stadionda təsirli şərqi oxudu, Azərbaycan çağırışı etdi - VİDEO

İran Persian Liqasının 23-cü turu çərçivəsində “Traxtor” Təbrizdə “Zob Ahan”ı qəbul edib.

“Yadegar-e-Emam” stadionunda baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Sevimli komandaları məğlub olmalarına baxmayaraq, Azərbaycan türkləri 90 dəqiqə boyunca stadionda möhtəşəm ab-hava yaradıblar.

Təbrizdəki arenada ilk dəfə xanım azarkeşlər də iştirak edib ki, aralarında tanınmış simalar gözə dəyib.

Güneyli azərbaycanlıların sevdiyi xanım müğənni Aşqin Emami məlahətli səsi ilə təsirli sözləri olan “Sən yaşa, Azərbaycan” şərqisini səsləndirməsi tribunada böyük coşqu ilə qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti