Rövnəq Abdullayevin başına gələn arzulamadığı hadisə - VİDEO

1 İyun 16:40 Hadisə 2 719
Rövnəq Abdullayevin başına gələn arzulamadığı hadisə - VİDEO

Peşəkar Futbol Liqasının Premyer Liqa təmsilçilərinin mükafatlandırılması üçün təşkil etdiyi mərasimə dəvət alanlar arasında Rövnəq Abdullayev də var idi.

AFFA prezidenti mayın 28-də “Azərsun Arena”da hazırlanan tədbirə gülə-gülə gəlmişdi. Ancaq stadionu eyni əhvalda tərk etdiyinə, açığı, inanmaq çətindir.

Tədbirin diktoru Sənan Şəfizadə mükafatları təqdim etmək üçün xüsusi qonaqları – AFFA-nın rəhbəri ilə qurumun baş katibi Sərxan Hacıyevi səhnəyə dəvət edəndə, tribunalardan bir uğultu və fit səsləri qopdu ki, gəl görəsən.

AFFA rəhbərliyinin fəaliyyəti ölkə futbolsevərlərini razı salmadığından, bu, assosiasiyanın rəhbərliyinə etiraz etmək üçün əla imkan idi.

Azarkeşlər fürsətdən artıqlaması ilə istifadə etməyi bacardı. SOCAR-ın keçmiş rəhbəri karyerası ərzində özünə qarşı heç vaxt bu cür münasibət görməmişdi.

“Azərsun Arena”dakı həmin görüntülər “Sportinfo”nun kamerasının obyektivindən qaçmadı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu