
“Mən, adətən, televizora baxmıram, baxanda da yalnız futbola tamaşa edirəm“.
Bu sözlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, YUĞ Dövlət Teatrının aktyoru Vidadi Həsənova məxsusdur.
“M. Teatr – Mənim Teatrım”ın bədii rəhbəri və direktoru bildirb ki, idmanın “şah“ı onu ekran önünə əyləşməyə vadar edən yeganə vasitədir.
“Xalq artisti” fəxri adına layiq görülmüş aktyor deyib ki , gözəl futbol ona daha cəlbedici gəlir:
“Çox vaxt verdiyim müsahibləri, hətta qonağı olduğum verlişləri efirdən izləmirəm. Sonra onları linkini mənə atırlar, oturub “yutub“da baxıram.
Futbol izləmək isə sevimli məşğuliyyətimdir. Çalışıram ki, yaxşı oyunları qaçırmayım“.
SPORTİNFO. AZ