Şəhid futbolçunun dostlarından nəcib addım - FOTOLAR

5 Fevral 2023 22:00 Hadisə 710
Şəhid futbolçunun dostlarından nəcib addım - FOTOLAR

Ölkəmizdə Vətən Müharibəsi şəhidləri müxtəlif sahələrdə atılan fərqli addımlarla hər zaman xatırlanır.

Məsələn, futbol camiəsində tez-tez unudulmaz qəhrəmanlarımızın şərəfinə futbol turnirləri təşkil olunur.

Sonuncu belə addım yasamalda atılıb.

Burada Mini Futbol Turniri keçirilib.

Turniri "Zirə"nin Vətən Müharibəsində şəhid olan sabiq futbolçusu İlqar Bürcəliyevin dostları təşkil edib.

Emin Həziyev və Araz Məmmədovun təşkilatçılığı ilə baş tutan yarış İlqarla bərabər, Yasamalın digər şəhidləri olan Mahir Quliyev və Ravil Hümbətova həsr olunub.

16 kollektivin mübarizə apardığı turnir sonda "Ağdam" komandasının qələbəsi ilə başa çatıb.

Qalibə kubok və medalları İlqarın atası Vüqar Bürcəliyev təqdim edib.

İkinci yerin sahibini Hümbətov Ravilin dayısı, üçüncü yerin sahibi olan komandanı isə Mahir Quliyevin qardaşı Hüseyn Quliyev medalla təltif edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”