Dünya çempionu olan tanınmış polkovnik Naxçıvana rəis təyin edildi - FOTO

29 Yanvar 00:50 Hadisə 639
Dünya çempionu olan tanınmış polkovnik Naxçıvana rəis təyin edildi - FOTO

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox