Ronaldo millinin düşərgəsini tərk etmək istəyib - NİYƏ QƏZƏBLƏNİB?

9 Dekabr 2022 15:40 Hadisə 467
Ronaldo millinin düşərgəsini tərk etmək istəyib - NİYƏ QƏZƏBLƏNİB?

Kriştiano Ronaldo DÇ-2022-də çıxış edən Portuqaliya millisinin düşərgəsini tərk etmək istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, 37 yaşlı hücumçu 1/8 final mərhələsinin İsveçrə ilə oyununun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernando Santuşun qərarına qəzəblənən Ronaldo əşyalarını yığaraq, məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Amma daha sonra o, fikrindən daşınıb.

Portuqaliya millisinin İsveçrəni 6:1 hesabı ilə məğlub etdiyi matça ehtiyatdan başlayan Ronaldo 74-cü dəqiqədə meydana daxil olub.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu