Dövlət adamının azarkeşliyi - siyasətin maraqlı etdiyi futbol

30 Noyabr 2022 13:20 Hadisə 295
Dövlət adamının azarkeşliyi - siyasətin maraqlı etdiyi futbol

Bu şəkildəki kişi ABŞ-ın dövlət katibi Entoni Blinkendir.

Fotolar onun yaxın adamları ilə birlikdə televizordan Qətərdə keçirilən futbol mundialı çərçivəsində baş tutan ABŞ-İran matçını seyr edərkən çəkilib.

Görüntülərdən aydın olur ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri özünü fanatik azarkeşlər kimi aparır, qol vəziyyətlərində həyəcanlanıb ayağa qalxır, qaçırılan fürsətlərə üzülür.

Bəlkə də başqa vaxt cənab Blinken heç futbola baxmır, əksər amerikalılar kimi basketbolu, reqbini, beysbolu sevir.

Amma burada rəqib İran olunca, dövlət katibi kimi yüksək vəzifə tutan şəxsin öz ölkəsinin çılğın fanatına çevrilməsi təbiidir.

Çünki İranla ABŞ arasında 43 ildir sürən intriqa var və bu, zaman-zaman açıq düşmənçiliyə çevrilir, müharibə həddinə çatır, sonra nisbi səngimə başlayır.

a0ddb29c-c222-4e72-a73b-5d0bae11c07d.jpg (216 KB)

Hazırda da İran-ABŞ münasibətləri son dərəcə gərgindir. Tərəflər bir-birini "şeytan" adlandırır, müharibə ilə hədələyir.

Ancaq bu dəfə bu iki ölkə öz münasibətlərini hərb meydanında yox, yaşıl meydanda ayırd etdilər və daha güclü olan ABŞ qələbə qazandı.

Təki bütün konfliktlər yaşıl meydanlarda həll olunsun.

a7fcc661-fded-48ad-8b22-e4143709030e.jpg (198 KB)

Onu da qeyd edək ki, dünya çempionatında bəlkə də ilk oyun idi ki, idmançılar bir-birilə qaydalar çərçivəsində davrandılar, kobudluq etmədilər, bir-birini qəsdən və bilməyərəkdən zədələmədilər.

P.S. Yayılan xəbərlərdə bildirilir ki, Blinken oyunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə izləyib.

Digər Xəbərlər
Xəbər Lenti