Məşhur məşqçi Cənubi Azərbaycan klubundan ayrıldı: "Borcum var, qayıtmalıyam"

24 Noyabr 09:00 Hadisə 484
Məşhur məşqçi Cənubi Azərbaycan klubundan ayrıldı: "Borcum var, qayıtmalıyam"

"Traktor" baş məşqçisi Kurban Berdıyevlə vidalaşıb.

"Sportinfo.az xəbər verir ki, türkmənəsilli rusiyalı mütəxəssis öz istəyilə vəzifəsindən ayrılıb.

O, ölkəsinin "Soçi" komandasının sükanı arxasına keçəcəyi üçün bu addımı atıb: "Traktor"dan ayrılmağım Rusiya futbolunun ehtiyacları və mənim mənəvi borcumla bağlıdır.

Ölkəyə qayıtmalıyam. Mənə “Traktor”un layihəsində iştirak etməyi təklif edən rəhbərliyə minnətdaram.

Onlar burada çalışdığım müddətdə mənə dəstək olmaqla yanaşı, bütün lazımi şəraiti yaratdılar. Ümid edirəm ki, Direktorlar Şurası və klub rəhbərliyi vəziyyəti başa düşəcək".

Kurban Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub.

O, 2001-2013 və 2017-2019-cu illərdə "Rubin"ə rəhbərlik edib. Mütəxəssis 2014-2017-ci illərdə "Rostov"da da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar