“Qarabağ”dan öncə - Yerli müdafiəçi ilə yollarını ayırdı

23 Sentyabr 2022 02:10 Hadisə 827
“Qarabağ”dan öncə - Yerli müdafiəçi ilə yollarını ayırdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u futbolçusu Kostas Manolasla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 31 yaşlı yunanıstanlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubunda davam etdirəcək.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!