"Qarabağ"ın adını çəkdilər, iki saata satıb qurtardılar

16 Avqust 2022 19:20 Hadisə 1 844
"Qarabağ"ın adını çəkdilər, iki saata satıb qurtardılar

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb.

Sportinfo.az xəbər verir ki, biletlər satışa çıxdıqdan 2 saat sonra bitib.

Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).

Komandanın kapitanı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qapıçı evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib.

Avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç avqustun 17-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!