Ermənilər Qarabağdan apardıqları torpağı hərraca çıxardı - FOTO

11 Avqust 2022 03:30 Hadisə 1 166
Ermənilər Qarabağdan apardıqları torpağı hərraca çıxardı - FOTO

Ermənistanda Qarabağdan aparılmış torpaqlar hərraca çıxarılıb.

Bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan feysbuk səhifəsində yazıb.

“Qarabağdan bir ovuc torpaq almaq olar. Mən Şuşa, Hadrut, Zabux, Laçından torpaq axtardım, tapmadım. Amma tələb olsa, bir günə təşkil edəcəklərinə söz verdilər.

Deyim ki, Qarabağı və Ermənistanı hissə-hissə türklərə qaytaran Nikoladan fərqli olaraq, Qarabağdan gətirilən bir ovuc torpaq 3000 drama (12 manata - red.) satılır”, - deyə Zöhrabyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti