Qovulmanın gizli səbəbi: Bu sözə dözmədi, təpiklə baş məşqçinin sinəsindən vurdu - VİDEO

15:00 Hadisə 722
Qovulmanın gizli səbəbi: Bu sözə dözmədi, təpiklə baş məşqçinin sinəsindən vurdu - VİDEO

Bəlli olduğu kimi, “Səbail” I Liqanın 15-ci turunda MOİK-lə keçirilən keçirilən görüşdə (0:1) baş məşqçi Adil Şükürova etiraz edərək meydandan çıxmayan Yusif Nəbiyevlə yollarını ayırıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Adil Şükürov qarşılaşmnın 60-cı dəqiqəsində kapitanı əvəzləmək istəmişdi. Tərəflər arasında gərginlik matçdan sonra da davam eləyib.

2023-cü ildən “Səbail”də forma geyinən müdafiəçi komandanın çalışdırıcısı ilə əlbəyaxa davaya çıxıb. Hadisə paltardəyişmə otağında qeydə alınıb.

Şükürov bir qədər əvvəl onun qərarıyla razılaşmayan Nəbiyevin yaxasından yapışıb, «sən hamının gözü qarşısında mənə qarşı hörmətsizlik elədin» deyib.

Baş məşqçinin əlindən çıxmaq istəyən kapitan çıxış yolu tapmayıb, hirsindən təpiklə onun sinəsinə zərbə endirib.

Şükürov zərbənin təsirindən arxasıüstə yıxılıb.

Bu zaman köməkçiləri hadisəyə qarışıb, Yusifin üzərinə yeriyib. Olayın böyüməsinin qarşısını digər futbolçular alıb.

SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!