Dörd komanda "alver" etdi, 2 oyunda 187 qol vuruldu

7 İyul 2022 12:20 Hadisə 583
Dörd komanda "alver" etdi, 2 oyunda 187 qol vuruldu

Sierra Leone Futbol Federasiyası (SLFA) 187 qolun vurulduğu iki oyunla bağlı araşdırma başladıb.

Sportinfo.az xəbər verir ki, ölkənin I Liqasında 3 iyul tarixində baş tutan matçlarda "Kahunla Reyncers" "Lumbebu Yunayted"i 95:0, "Qulf" isə "Koquima Lebanon"u 91:1 hesabı ilə məğlub edib.

Ən çox qol vuran komandanın Super Liqaya yüksələcəyi matçların ilk hissələri müvafiq olaraq 2:0 və 7:1 hesabı ilə bitib.

Fasilədən sonra isə hər iki görüşdə qeyri-adi hesab qeydə alınıb. Yerli federasiya oyun alqı-satqısı şübhəsinə görə, matçların yekun hesabını təsdiqləməyib.

SLFA-nın prezidenti Tomas Deddi açıqlama verərək araşdırma başladığını bildirib:

"Baş verənlərin cəzasız qalmağına imkan verməyəcəyik. Məsuliyyət daşıyanların korrupsiyaya qarşı mübarizə komissiyasının qarşısına çıxması və etdiklərinin cəzasını alması lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti