Mahirə yoldaş oldu - "Hayduk"un yarımmüdafiəçisi

3 İyul 2022 14:20 Hadisə 573
Mahirə yoldaş oldu - "Hayduk"un yarımmüdafiəçisi

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi "Hayduk"un yarımmüdafiəçisi Marko Brklyaçanı transfer edib.

Məlumatı Xorvatiya klubunun rəsmi saytı yayıb.

18 yaşlı futbolçu ilə imzalanan müqavilənnin detalları açıqlanmayıb. Gənc oyunçu yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Marko Brklyaça nüfuzlu “The Guardian” nəşri tərəfindən dünyanın ən istedadlı 60 gənc futbolçusu siyahısına daxil edilib. O, Xorvatiyanın U-19 millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti