“Məşqçi olmağa 3 il gecikmişəm”

26 Yanvar 2022 18:00 Hadisə 1 011
“Məşqçi olmağa 3 il gecikmişəm”

“Açığı, məşqçilik həyatına daha tez başlamaq istəyirdim”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Keşlə”nin yeni məşqçisi Rail Məlikov deyib.

Futbolçu həyatı ilə yaxınlarda vidalaşan sabiq müdafiəçi AFFA-nın təşkil etdiyi “B” kateqoriyalı kurslara qatıldığını bildirib.

Sitat: “Hələ 3 il qabaq məşqçiliyə başlamaq istəyirdim. Onda mən hələ “Sumqayıt”ın formasını geyinirdim.

Klub rəhbərliyi fikrimi dəstəklədi, hər cür köməklik göstərəcəklərini söylədi. Lakin ovaxtki baş məşqçimiz Nazim Süleymanov məşqçi kurslarına yazılmağıma imkan vermədi, dedi ki, sən hələ futbolçu olaraq mənə lazımsan.

Sonra işlər elə alındı ki... Bu mövsümün əvvəlində məsləhət bilindi ki, “B” kurslarına başlayım. Beş aydır kurslara gedirəm,

“Keşlə”nin 14 yaşlıları ilə işləyirəm. Həqiqətən məşqçilik etmək futbolçu olmaqdan xeyli çətindir. Xüsusən əgər sən uşaqlarla işləyirsənsə.

Ağır işdir. Amma həvəsim böyükdür. Komandada olan hər kəs görür ki, mən onlara necə can yandırıram”.

Digər Xəbərlər
Xəbər Lenti