ŞOK: Azərbaycanlı legioner üz tutduğu ölkədə aldadıldı

1 Dekabr 2021 20:20 Hadisə 1 099
ŞOK: Azərbaycanlı legioner üz tutduğu ölkədə aldadıldı

Sentyabrda Yunanıstanın ikinci Super Liqa təmsilçisi ilə anlaşan Tural Bayramlının başı dərddədir.

Artıq çempionata start verilib, 5 tur arxada qalıb.

Katerini təmsilçisi topladığı 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Hər nə qədər qəribə görünsə də, 2 aydan çoxdur yeni komandasının düşərgəsində olan 23 yaşlı həmyerlimizə Yunanıstanda debüt etmək qismət olmayıb.

Məsələ ilə bağlı dəfələrlə Turalla danışmaq istəsək də, səbəbkar söhbətdən yayınıb, qısaca sənədlərində problem olduğunu deyib.

Redaksiyamıza məlum vəziyyətlə bağlı şok məlumat daxil olub. Söhbət Turalın əcnəbi agentlər tərəfindən aldadılmasından gedir.

Belə ki, futbolçuya ilk olaraq Azərbaycanda 1 aylıq viza alınıb. Ki, həmin viza ilə Yunanıstana yollanmalı, yeni 1 illik viza orda uzadılmalıymış.

Lakin verilən vədə əməl olunmadığından, o, Bakıya qayıdaraq problemi həll edib.

Kateriniyə qayıtdıqdan sonra isə, maaşla bağlı aldadıldığı üzə çıxıb. Agentlərin futbolçu ilə danışdığı məbləğ rəsmi sənədlərdə əks olunmayıb.

Daha doğrusu, fərqli, yəni daha az məbləğ göstərilib.

Aldadıldığını anlayan Bayramlı çıxılmaz vəziyyətdə qalıb. İndi klubdan pulu tələb edir, oyunlara çıxmır. Rəhbərlik də öz növbəsində bağlanmış müqaviləyə imza atdığını deyir.

Məsələ ilə bağlı yeni məlumat aldıqca mövzuya geridönüş edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!