"Qarabağ"a gücü çatmadı, çempionatın liderini dəyişdi - VİDEO

24 Oktyabr 2021 23:40 Hadisə 661
"Qarabağ"a gücü çatmadı, çempionatın liderini dəyişdi - VİDEO

Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçında "Kayrat" lider "Astana"nı qəbul edib.

Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.

Bürünc medalı daha əvvəl təmin etmiş "Kayrat" xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan "Astana" isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.

Çempionluğa iddialı digər komanda "Tobol" Karaqanda "Şaxtyor"unu 4:1 hesabı ilə üstələyib və 58 xalla birinci pilləyə yüksəlib.

Qazaxıstan çempionatında sonuncu - XXVI tur oktyabrın 30-da olacaq. "Kayrat" Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti