Ronaldo formasını bu qadına niyə hədiyyə etdi? - FOTOLAR

16 Sentyabr 2021 00:50 Hadisə 1 072
Ronaldo formasını bu qadına niyə hədiyyə etdi? - FOTOLAR

"Mançester Yunayted" in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz" la keçirilən oyundan (1:2) sonra formasını qadın stüarda bağışlayıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan əvvəl isinmə hərəkətləri zamanı Ronaldonun zərbəsindən sonra top həmin xanıma dəymişdi.

Zərbə o qədər qüvvətli alınmışdı ki, həkimlər xanıma kömək göstərməli olmuşdular.

Ronaldo özü də ona yaxınlaşaraq üzrxahlıq etmişdi. Kriştiano formasını ona bağışlayandan sonra isə xanım stüardın sevinci yerə-göyə sığmayıb və yəqin ki, zərbənin də təsirini unudub.

Digər Xəbərlər
Xəbər Lenti