Müqaviləsini ləğv etmədi, əvəzedici komandaya göndərildi

26 İyul 2021 13:30 Hadisə 1 236
Müqaviləsini ləğv etmədi, əvəzedici komandaya göndərildi

“Benfika”da yarımmüdafiəçi Andreas Samaris əvəzedici komandaya göndərilib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu klubla müqaviləsini ləğv etmək istəmədiyi üçün ikinci komandaya göndərilib..

“Benfika” maliyyə problemlərinə görə yunan futbolçunu klubdan göndərmək istəsə də, Samaris bununla razılaşmayıb.

Portuqaliya təmsilçisinin baş məşqçisi Jorje Jezus yunan futbolçunu bu qərarından sonra əvəzedici komandaya göndərib.

2014-cü ilin yayından “Benfika”da çıxış edən Samaris Yunanıstan milli komandasının da üzvüdür. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti