"Mənə dedilər ki, avtoqol vurduğum zaman oğlum bunu sevinclə qarşılayıb"

19 İyun 2021 13:10 Hadisə 518
"Mənə dedilər ki, avtoqol vurduğum zaman oğlum bunu sevinclə qarşılayıb"

Almaniya millisi AVRO-2020-nin I turunda Fransaya müdafiəçisi Mats Hummelsin öz qapısına vurduğu topla məğlub olub (0:1).

Sportinfo.az xəbər verir ki, ulduz futbolçunun avtoqolu oğlu tərəfindən sevinclə qarşılanıb.

Bunu 33 yaşlı mərkəz müdafiəçisi özü deyib. Hummels bildirib ki, avtoqola imza atdığı an 3 yaşlı oğlu bunu qeyd edib: “Oğlum avtoqolun nə olduğunu hələ bilmir.

O, elə bilir ki, topun hər qapıdan keçməsinə sevinmək lazımdır. Mənə dedilər ki, avtoqol vurduğum zaman oğlum bunu sevinclə qarşılayıb. Yəqin bunları ona öyrətməliyəm”.

Yer aldığı F qrupunda xalsız olan Almaniya yığması II tur çərçivəsində iyunun 19-da Portuqaliya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti