Bakıda 4 nəfərin ölümünə səbəb olan klub prezidenti - FOTOLAR

15 İyun 2021 13:20 Hadisə 1 515
Bakıda 4 nəfərin ölümünə səbəb olan klub prezidenti - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

“Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan Elşad Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, “Əlincə” futbol klubunun prezidenti olub.

Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.



Digər Xəbərlər
Xəbər Lenti