Ərdoğan Əliyevlə Bakıda Türkiyənin oyununu izləyəcək

9 İyun 2021 14:00 Hadisə 671
Ərdoğan Əliyevlə Bakıda Türkiyənin oyununu izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə - Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM