"Zenit" ardıcıl 3-cü dəfə Rusiya çempionu oldu - VİDEO

3 May 2021 10:00 Hadisə 598
"Zenit" ardıcıl 3-cü dəfə Rusiya çempionu oldu - VİDEO

Rusiya Premyer Liqasında 2020-2021 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Zenit" son iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Sergey Semakın komandası 28-ci turda ən yaxın izləyicisi "Lokomotiv"i (Moskva) qəbul edib. Rəqibini 6:1 hesabı ilə daramadağın edən "Zenit" xallarını 61-ə yüksəldib və "Lokomotiv"lə xal fərqini 9-a çatdıraraq çempionluğunu qeyd edib.

Bu, Sankt-Peterburq təmsilçisinin ardıcıl 3-cü, ümumilikdə 7-ci çempionluğudur.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu