Suqovuşana gizlicə getmək istəyənlər saxlanıldı - FOTO

25 Fevral 2021 13:10 Hadisə 437
Suqovuşana gizlicə getmək istəyənlər saxlanıldı - FOTO

Sportinfo.az xəbər verir ki, işğaldan azad olunmuş Suqovuşan kəndinə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN Mətbat xidmətindən verilən məlumata görə, fevralın 23-də axşam saat 11 radələrində Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var