Suqovuşan və Talışa sahə inspektorları təyin edildi - FOTOLAR

3 Dekabr 2020 14:10 Gündəm 468
Suqovuşan və Talışa sahə inspektorları təyin edildi - FOTOLAR

Sportinfo.az xəbər verir ki, sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.







Digər Xəbərlər
Xəbər Lenti