Millinin bazasında xəstəlik yayıldı, AFFA qapıları bağladı

1 Dekabr 2020 11:40 Gündəm 999
Millinin bazasında xəstəlik yayıldı, AFFA qapıları bağladı

Milli Komandaların Təlim-Məşq Mərkəzini bağlanıb.

Sportinfo.az-ın məlumatına görə, bu qərarı AFFA verib.

Səbəb burada toplaşmış aşağı yaş qrupları üzrə yığma komandaların bir çox futbolçusunun koronavirusa yoluxmasıdır.

Federasiya bu haqda heç bir açıqlama yaymasa da, bizə məlumdur ki, xəstəliyə tutulan oyunçuların sayı 10-a yaxındır. Bura həm U-17, həm də U-19-un üzvləri daxildir.

Mərdəkanda yerləşən Mərkəz qeyri-müəyyən müddətədək fəaliyyət göstərməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti