Azərbaycanlı yarımmüdafiəçi bu ölkədən aldığı təklifi niyə qəbul etdi?

20:00 Gündəm 231
Azərbaycanlı yarımmüdafiəçi bu ölkədən aldığı təklifi niyə qəbul etdi?

"Varajdin"də (Xorvatiya) çıxış edən gənc və istedadlı futbolçumuz Rufat Abdullazadə yay transfer pəncərəsinin ən diqqətçəkən adlarından birinə çevrilib.

Xorvatiya təmsilçisində kifayət qədər oyun şansı qazana bilməyən və bu səbəbdən komandasını icarə əsasında dəyişməyi düşünən yarımmüdafiəçiyə fərqli ölkələrdən ciddi təkliflər gəlib.

Rufat artıq 10 gündür ki, formadan düşməmək və fiziki durumunu ən yüksək səviyyədə saxlamaq üçün "Varajdin" ilə birlikdə yeni mövsüm öncəsi hazırlıq məşqlərinə qatılmışdı.

Onun yaşıl meydanlara tam geri dönməsi və karyerasında yeni bir yüksəliş mərhələsinə qədəm qoyması üçün onun agenti Emil Asadov artıq iki aya yaxındır olduqca gərgin iş rejimində çalışır.

Rüfətə karyera planlamasına uyğun olaraq daha çox oyun şansı qazana biləcəyi variantları araşdıran tanınmış menecer bu müddət ərzində intensiv danışıqlar aparıb.

Məhz bu gərgin əməyin nəticəsi olaraq, transfer dövründə Albaniya Super Liqası və Azərbaycan Premyer Liqasından olduqca real təkliflər masaya yatırılıb.

Həm Albaniyanın iddialı klubları, həm də doğma vətəndən bir neçə Premyer Liqa təmsilçisi futbolçunu heyətinə qatmaq üçün rəsmi maraq göstərib.

Bu müddətdə hər bir variant ətrafında incəliyinə qədər düşünülüb və təbii ki, oyunçunun şəxsi fikirləri, gələcək hədəfləri əsas götürülüb.

Hazırlıq məşqlərində fiziki gücünü bərpa edən Rüfət Abdullazadə özü də bütün təklifləri agenti ilə geniş şəkildə məsləhətləşdikdən, karyerası üçün ən doğru addımı analiz etdikdən sonra yekun qərarını verib.

Məhz bu ortaq məsləhətləşmələrin ardınca, “transfer pəncərəsi”nin son günlərində İsrail Super Liqası təmsilçisi "Kiryat Şmona"nın rəsmi təklifi agenti vasitəsilə Xorvatiya klubuna gətirilib.

İsrail klubunun təqdim etdiyi gələcək layihə, idman şərtləri və müqavilə detalları həm futbolçunun istəklərinə, həm də menecerinin gələcək planlamasına tam cavab verdiyi üçün digər variantlara nisbətən daha uyğun və cəlbedici olub.

Agentin birbaşa vasitəçiliyi və səyləri sayəsində klublararası danışıqlar da olduqca müsbət və sürətli şəkildə yekunlaşıb.

"Varajdin" həmyerlimizin icarə əsasında İsrailə keçidinə rəsmi razılıq verib və hazırda tərəflər arasında son hüquqi detallar tamamlanır.

Hazırlıqlı və tam hazır vəziyyətdə olan oyunçu ilə qısa zaman ərzində rəsmi imzaların atılması və transferin ictimaiyyətə elan edilməsi planlaşdırılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti