“Tərtərə 3 raket atılıb, 1-i zərərsizləşdirilib” - Anar Eyvazov

26 Oktyabr 2020 21:00 Gündəm 692
“Tərtərə 3 raket atılıb, 1-i zərərsizləşdirilib” - Anar Eyvazov

“Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub.

Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib”.

Sportinfo.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov qeyd edib ki, ümumilikdə bu gün ərzində Tərtər daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu