Bu gün “Qarabağ”ın oyunu ilə bağlı metroda iş rejimi gücləndiriləcək

28 Avqust 2024 19:10 Gündəm 1 024
Bu gün “Qarabağ”ın oyunu ilə bağlı metroda iş rejimi gücləndiriləcək

Bakı metropoliteni “Qarabağ”ın Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Dinamo” ilə keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.

Sportinfo.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.

“Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”