Azərbaycan Kuboku: "Qarabağ" və "Araz Naxçıvan" qalib gəldi

6 Fevral 20:26 Gündəm 945
Azərbaycan Kuboku: "Qarabağ" və "Araz Naxçıvan" qalib gəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. Matç Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Günün digər matçında isə "Qarabağ" "Səbail"in qonağı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab görüşü fevralın 27-də oynanılacaq.

Ötən gün "Sabah" "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib. "Neftçi" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

16:00. “Araz-Naxçıvan” – “Zirə” 1:0

Qollar: Bernardo Dias, 61 (p)

Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Liv Bona Dea Arena”

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 10. Bernardo Dias

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 8. Karlos Jatoba

Baş məşqçi: Elmar Baxşıyev

“Zirə”: 97. Tiaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 70. İssa Cibrila, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

18:30. “Səbail” – “Qarabağ” 0:1

Qollar: Yassin Benzia, 35

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”

“Səbail”: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 20. Mert Çelik 11. Rüfət Abdullazadə 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. David Qomis 8. Qorka Laruçça 3. Dmitro Litvin 5. Gitay Sofir

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov 96. İlkin Muradov 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 88. Hacıəli Şirəliyev 99. İnnosent Nşuti 4. Marko Nikoliç 7. Madi Queta 14. Suleyman Alluş

Məşqçi: Elvin Məmmədov

“Qarabağ”: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 66. Patrik Andrade 7. Yassin Benzia 8. Marko Yankoviç 2. Mateus Silva 21. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 20. Riçard Almeyda 55. Bədavi Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 19. Redon Cica 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas