COP29

Dekabrın 9-na gözlənilən hava şəraiti - Yağış yağacaq, külək əsəcək

9 Dekabr 2024 07:00 Gündəm 247
Dekabrın 9-na gözlənilən hava şəraiti - Yağış yağacaq, külək əsəcək

Azərbaycanda dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti