COP29

Təklifləri başından aşan azərbaycanlı futbolçunu Türkiyədən buraxmırlar

23 İyun 22:05 Gündəm 6 457
Təklifləri başından aşan azərbaycanlı futbolçunu Türkiyədən buraxmırlar

Bəxtiyar Həsənalızadənin Azərbaycan klublarından biri ilə müqavilə bağlamaq istəyi reallaşmaq bilmir.

Buna səbəb təcrübəli müdafiəçinin Türkiyə klubundan azad agent statusu ilə bağlı sənədini ala bilməməsidir.

Ötən yay “Tuzlaspor”la 2 illik müqavilə bağlayan Bəxtiyar daha 1 il bu kluba məxsusdur.

Tuzla təmsilçisi II Liqaya yuvarlandığından, həmyerlimiz müqavilə şərtlərinə əsasən sərbəst buraxılmasını istəyir. Türkiyə təmsilçisi isə başqa bir şərti əsas gətirərək onun komandada qalmalı olduğunu, ya da təzminat ödəyərək ayılmasının mümkünlüyünü vurğulayır.

Həsənalızadə lazım olan sənədə qovuşa bilmədiyindən, ona maraq göstərən klublardan biri ilə müqavilə bağlaya bilmir.

31 yaşlı futbolçu ilə “Araz-Naxçıvan”, “Şamaxı” və “Kəpəz” yaxından maraqlanır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti