COP29

"Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram"

23 İyun 02:20 Gündəm 845
"Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram"

"Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında sosial şəbəkə hesabında futbolçu karyerasını başa vurduğunu bildirən Ağabala Ramazanov deyib.

31 yaşlı sabiq futbolçu qərarının səbəbləri barədə danışıb:

"Aldığım zədədən sonra tam özümə gəlməyə zaman lazım idi. Həqqiətən zədə ciddi idi.

Həyati təhlükə baxımından səhhətim düzəlsə də, futbol karyeram risk altına girdi. Karyeramı bitirməyimin ən başlıca səbəbi zədə oldu.

Elə alındı ki, mövsüm başa çatdı, "Səbail"lə müqaviləmin müddəti bitdi. Amma sözləşməm yenilənmədi.

Başqa təkliflər barədə isə düşünmədim. Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram".

Azərbaycan millisinin də şərəfini qorumuş A.Ramazanov yığmaya yeni təyin olunan baş məşqçi Fernandu Santuşla bağlı fikirlərini də bölüşüb:

"Santuş çox tanınmış məşqçidir. Hər bir azərbaycanlı kimi mənim də istəyim odur ki, milli komandamıza xeyri dəysin. İnşallah, onun gəlişi yığmaya uğur gətirər. Komandamızın uğurlu nəticələr qazanmağının vaxtı çatıb".

Ağabala Ramazanov “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün XII turunun oyununda ciddi zədə alıb.

O, 45-ci dəqiqədə rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra isə xəstəxanaya çatdırılıb.

A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illərdə “Səbail”in formasını geyinib. Keçirdiyi 80 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu