COP29

Gündəmdəki hücumçu “Sportinfo”ya açıqladı - Premyer Liqadan təklif alıb?

18 İyun 15:15 Gündəm 1 810
Gündəmdəki hücumçu “Sportinfo”ya açıqladı - Premyer Liqadan təklif alıb?

“Təkliflər almışam, lakin onların arasında Azərbaycan klubları yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”dən ayrılan Aleksandr Ramalinqom deyib.

Ötən mövsüm adından söz etdirməyi bacaran Madaqaskar millisinin hücumçusu mövsümü 15 qolla başa vurmaqla yalnız “Qarabağ”lı Juninyodan geri qaldı. Zədələnməsəydi, daha çox fərqlənə bilərdi.

Mövsüm başa çatan kimi 31 yaşlı forvardın “Sabah”la “Zirə”dən təkliflər aldığı deyilirdi. Hətta ən qısa zamanda müqavilə bağlayacağı gözlənilirdi.

Çümpionatın başa çatmasından az qala bir ay keçib, indiyə qədər rəsmi məlumat yoxdur. Ramalinqom diqqətdən kənarda qalması haqda bunları söyləyib:

“Agentim bu işlərlə məşğul olur. Bəlkə də hansısa klublar haqqımda götür-qoy edib.

Amma kağız üzərində heç nə yoxdur. Heç bir Premyer Liqa klubundan rəsmi təklif almamışam.

Həm özüm, həm də ailəm Bakını və Azərbaycanı çox sevirik və orada yaşadığımız müddətdə özümüzü xoşbəxt hiss etmişik. Yaxşı təklif olsa, dəyərləndirmək olar”.

Ramalinqom ötən mövsüm “Səbail”in heyətində Premyer Liqada və Azərbaycan kubokunda meydana çıxdığı 38 matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Premyer Liqada vurduğu 15 qolla bombardirlər yarışında yalnız «Qarabağ»lı Juninyodan geri qalır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti