Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

14 May 2024 19:20 Gündəm 634
Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında mükafatçılar dəqiqləşəcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq meydana üçüncü yer uğrunda yarışacaq "Real Bakı" və "Odlar Yurdu" çıxacaq.

Həmin oyuna 19:30-da start veriləcək.

Mövsümün qalibi isə "Aznur" və "Birbaşa Bakı" komandaları arasında keçiriləcək görüşdən sonra aydınlıq gələcək.

Həmin oyun isə 21:00-da baş tutacaq.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu