COP29

AFFA-nın yeni rəhbəri Elxan Məmmədovun daha bir yaxın kadrını vəzifədən uzaqlaşdırır

14 May 15:00 Gündəm 2 210
AFFA-nın yeni rəhbəri Elxan Məmmədovun daha bir yaxın kadrını vəzifədən uzaqlaşdırır

2016-cı ildən «CBC Sport»un direktoru Volkan Üst AFFA-nın yeni rəhbərliyinin gələcək planlarına daxil deyil.

Ötən ayın əvvəlində federasiyanın bşına keçən SOCAR-ın prezidenti Rövşən Nəcəf onunla yola davam etməmək fikrindədir.

Hər halda türkiyəli funksionerə bugünə kimi müqaviləni uzatmaq təklifi edilməyib. Aylıq əməkhaqqısının 20 min manat olması barədə xəbərlər yayılan Üstün fəaliyyətindən ciddi narazılıq var.

O, Elxan Məmmədovun sevimli kadrlarından sayılır. AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibinin dəstəyi ilə əhatə olunan Üst heç vaxt himayədarının sözündən çıxmayıb.

Təsadüfi deyil ki, Məmmədov AFFA-dan gedəndən sonra da «CBC Sport» ona rəğbəti ilə seçilib.

Baxmayaraq ki, kanal ilk gündən SOCAR-dan maliyyələşir və 2 il öncə buranın Müşahidə Şurasının sədri postuna Sərxan Hacıyev gətirilib.

Elxan Məmmədovdan boşalan vəzifəyə keçən Hacıyevin bu müddətdə «CBC Sport»a təsir imkanı olmayıb.

E.Məmmədov Parisdə otura-otura kanala nəzarəti öz əlində saxlayıb. Öncəki vaxtlardakı qədər də olmasa.

İstənilən halda Volkan Üstlə yolların ayrılması ehtimalı böyükdür. Hərçənd direktorun vəzifədə qalmaq üçün müxtəlif şəxslər vasitəsilə Rövşən Nəcəfə çıxış axtarması haqda məlumatlar da mövcuddur.

Eyni zamanda, apreldə AFFA-nın icraçı vitse-prezidenti təyin edilən Sərxan Hacıyevin də federasiyanın yeni rəhbərliyi ilə bu məsələdə həmfikir olması bizə məlumdur.

Yəni ki, E.Məmmədovun sələfi da Volkan Üstlə işbirliyinə son verilməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti